Ümumi məlumat

ABŞ ərazisində yeni doğulmuş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi

 

ABŞ ərazisində yeni doğulmuş Azərbaycan Respublikası vətəndaşları olan uşaqlara Səfirlik tərəfindən Azərbaycan Respublikasının doğum haqqında şəhadətnaməsi və Azərbaycan Respublikasına qayıdış şəhadətnməsi rəsmiləşdirilir.

 

Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində aşağıda sadalanan sənədlər Səfirliyə təqdim olunmalıdır:

 

  • Doğumun qeydə alınması üçün ərizə (ərizə poçtla göndərildiyi təqdirdə, imzalar notariat qaydasında təsdiq olunmalıdırlar);
  • valideynlərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin surəti);
  • Valideynlərin nikah haqqında şəhadətnamələrinin surəti;
  • Xəstəxanadan arayış (əsli) - qeyd olunmalıdır ki, uşaq hansı xəstəxanada, nə vaxt anadan olubdur.

Diqqət! Bu xəstəxanadan verilən “birth certificate” olmamalıdir. Bu “verification of birth life fact” ola bilər.  

  • uşağın 1 ədəd foto-şəkli (3,5X4,5 sm)
  • valideynlərin ABŞ-da daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənədin “green card”in və ya vizanın surəti,

 

Diqqət: Doğum haqqında şəhadətnamənin verilməsi üçün rüsum tələb edilmir.

 

ABŞ ərazisində yeni doğulmuş Azərbaycan Respublikası vətəndaşı olan uşağın valideynləri ilə birgə Azərbaycan Respublikasına getməsi üçün ona “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi” rəsmiləşdirilir.

 

Uşağa qayıdış şəhadətnaməsnin rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər Səfirliyə təqdim olunmalıdır:

 

  • Qaydış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün doldurulmuş ərizə-anket;
  • 40 USD məblğində dövlət rüsümu ödənilməsi.  “Money order” şəklində ödənilməsi xahiş olunur.
  • 18 yaşına çatmamış uşağa qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün valideynlər tərəfindən yazılmış ərizə;
  • Uşağın 2 ədəd foto-şəkli (3,5X4,5 sm, Mat kağızda)

 

Sənədləri Səfirliyə poçt vasitəsilə də göndərə bilərsiniz. Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərf əlavə edinş Zərfin üzərində ünvanınızı yazın və sənədlərin geri qaytarılması üçün ödəniş markası yapışdırın. Zərfin üzərində “tracking number” olmasına diqqəti yetirin.

 

Sənədlər 1 həftə ərzində hazır edilib, geri göndərilir.

Diqqət! Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.

 

 

 

 

 

* Email
* First Name
* Last Name
 City
 State
  * = Required Field