Tranzit viza

Tranzit vizasının rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər Səfirliyə təqdim edilməlidir.

  1. ərizə-anket.
  1. pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri;
  2. İki ədəd rəngli fotoşəkil (3x4sm);
  3. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd (20 USD məbləğində “money order”);
  4. nəqliyyat biletinin surətləri.

Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.

Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.

Sənədləri Səfirliyə poçt vasitəsilə də göndərə bilərsiniz. Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərf əlavə edin, zərfin üzərində ünvanınızı yazın və sənədlərin geri qaytarılması üçün ödəniş markası yapışdırın. Zərfin üzərində “tracking number” olmasına diqqəti yetirin.

Diqqət! Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

* Elektron Ünvan
* Ad
* Soyadı
 Şəhər
 Ştat
  * = Tələb olunan bölmə