İqtisadi sahə ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biridir. Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət, nəqliyyat və investisiya sahəsində mühüm sazişlər, o cümlədən ticarət münasibətləri haqqında saziş, sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında müqavilə və hava nəqliyyatı haqqında saziş imzalanmışdır.
Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi
(mln. ABŞ dolları)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
2011 |
630,46 |
1804,64 |
2435,10 |
2012 |
715,66 |
1600,83 |
2316,49 |
2013 |
376,49 |
990,28 |
1.366,77 |
2014 |
563,42 |
745,83 |
1309,25 |
2015 |
847,39 |
337,70 |
1.185,09 |
2016 |
471,58 |
80,65 |
552,23 |
2017 (yanvar-mart) |
73,82 |
0,89 |
74,71 |
(AR Dövlət Gömrük Komitəsi)
AR İqtisadiyyat Nazirliyinin məlumatına istinadən, 2015-ci il daxil olmaqla ABŞ-ın Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların ümumi həcmində xüsusi çəkisi 10,6% təşkil edir və bu göstəriciyə görə ABŞ sıralamada üçüncü yeri tutur. Hazırda Azərbaycanda 200-dən çox ABŞ şirkəti qeydiyyatdan keçmişdir. Azərbaycan Dövlət Neft Fondu ABŞ iqtisadiyyatına təqribən 6,5 milyard sərmayə yatırmışdır.
7 fevral 2007-ci il tarixində Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası təsis edilmişdir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri naliyyə naziri, ABŞ tərəfindən həmsədri dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisidir. Komissiyanın indiyədək 3 iclası (07.02.2007-ci il tarixində Bakıda, 17.11.2008-ci il tarixində Vaşinqtonda və 18.04.2012-ci il tarixində Vaşinqtonda) keçirilmişdir.
1995-ci ildən Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatası, 1996-cı ildən Bakıda Amerika Ticarət Palatası fəaliyyət göstərir. Bundan başqa, “Azərbaycan Hava Yolları” QSC tərəfindən Bakı-Nyu-York-Bakı istiqamətində müntəzəm şərnişin uçuşları, “Silk Way West” aviaşirkəti tərəfindən isə Bakı-Nyu-York-Bakı və Bakı-Çikaqo-Bakı istiqamətində müntəzəm yükdaşımaları həyata keçirilir.
Son yenilənmə tarixi: 20 İyun 2017-ci il