Enerjili gələcək

Enerjili gələcək

 

Azərbaycan uzun illərdir dünyanın ən mühüm sənayelərindən olan enerji sahəsinə yaxından cəlb olunmuşdur. Azərbaycanın paytaxtı Bakı şəhəri iyirminci əsrin əvvəllərində dünyanın ilk neft bumlarından birinə çevrildi. 2017-ci il noyabr ayında 2 milyard ton neftin hasil olunması Azərbaycan tarixində növbəti bir uğur kimi qeydə alındı.

Xəzər hövzəsi dünyanın ən əhəmiyyətli və zəngin enerji hövzələrindən biridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz dərin baxışları və uzaqgörənliyi ilə həm Azərbacanın həm də bütün Xəzər regiounun transformasiyasına nail olan ulu öndər Prezident Heydər Əliyevin rəhbərliyi altında Xəzər dənizinin enerji resurslarının istismarınln  genişləndirilməsinə start verilmişdir.

Azərbaycan həmçinin 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində dünyanın ən əhəmiyyətli enerji infrastrukturlarından birinin qaynaq nöqtəsi və ən təsirli mühəndislik nailiyyətləri olan məkandır. Strateji Bakı-Tiflis-Ceyhan neft kəməri Xəzər hövzəsinin enerji resurslarını dünya bazarı ilə birləşdirir. Azərbaycan həmçinin Şərqlə Qərbi bir araya gətirməklə regionlar və mədəniyyətlər arasında körpülər qurur.

2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişini imzalamışdır. Yeni saziş çərçivəsində ABŞ-ın Şevron və Ekson şirkətləri birgə 16 faiz (müvafiq olaraq 9.57% və 6.79%) pay alacaqlar. 1994-cü ildə imzalanan və “Əsrin müqaviləsi” adını alan HPB Xəzər hövzəsinin Azərbaycan sektorunda dərin sulu AÇG neft yataqlarının işlənməsi üçün birgə beynəlxalq şirkətin əsasını qoymuşdur.

ABŞ Şərq-Qərb enerji dəhlizinin bu özəyinin yaradılmasında mühüm dəstəkləyici rol oynamışdır. Boru kəməri Azərbaycan və onun tərəfdaşlarının regionda rifahını təmin edir və regional təhlükəsizlik və sabitliyi artırır. Daha çox ekoloji cəhətdən səmərəli karbohidrogen olan təbii qazın əhəmiyyətinin artmasını nəzərə alaraq, Azərbaycan Xəzər dənizinin təbii qazının Avropa bazarlarına birbaşa ixrac marşrutlarının genişləndirilməsi üçün genişləndirilməsi üçün regional və qlobal tərəfdaşları ilə ilə birgə çalışır.  Yaxın gələcəkdə Avropa bazarlarına yeni təbii qaz tədarükünün yeganə mənbəyi olan Cənub Qaz Dəhlizi Şah Dəniz qaz yatağı da daxil olmaqla Azərbaycanın əsas təbii ehtiyatlarının strateji əhəmiyyətini vurğulayır. İrihəcmli beynəlxalq layihə olan Cənub Qaz Dəhlizi 2018-ci ilin iyun ayında istismara verilməsi nəzərdə tutulan Trans-Anatoliya təbii qaz kəmərini (TANAP), habelə Trans-Adriatik kəməri daxil və altı ölkəni əhatə etməklə Azərbaycandan başlayaraq Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək İtaliyayadək uzanır. Prezident Tramp bir neçə dəfə bildirmişdir ki, ABŞ Cənub Qaz Dəhlizinə qətiyyətlə sadiqdir və layihənin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini dəstəkləyir. “Mən Azərbaycanın Xəzər dənizindən enerji resurslarının inkişafı və ixracı da daxil olmaqla qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirirəm”.

Bu boru kəmərləri Azərbaycanın Xəzər dənizi ilə bağlı digər təşəbbüsləri ilə yanaşı qlobal enerji təhlükəsizliyini gücləndirir və Azərbaycanın Avropanın enerji gələcəyində əsas tərəfdaş kimi rolunu möhkəmləndirir.

Son illərdə, Azərbaycan Dünya Bankının “Ən yaxşı islahatçı”sı adına layiq görülmüş, ölkənin Dövlət Neft Şirkəti “SOCAR” isə ən yaxşı təcrübəyə imza ataraq Şərqi Avropada "İctimai Şəffaflıq, Hesabatlılıq və Səmərəliliyin Təkmilləşdirilməsi" sahəsində BMT-nin İctimai Xidmət Mükafatını alan ilk qurum olmuşdur.

Prezident İlham Əliyevin gələcəyə yönəlik siyasətinə müxtəlif alternativ enerji layihələri daxil olmaqla enerji sektorunda daha çox sərmayə qoymaq da daxildir. Bu da Azərbaycanda insan kapitalınının güclənməsi ilə nəticələnəcəkdir. Azərbaycanın enerji sektoruna uğurlu investisiyasından əldə olunan gəlirlər ölkə daxilində məktəblərə və minlərlə Azərbaycan vətəndaşının xarici universitetlərdə təhsil almalarına yönəldilir.

Digər layihələr arasında qeyd edilən gəlirlər ixtisaslaşmış təhsil müəssisələrinə, o cümlədən Qafqazda ən müasir və ekoloji cəhətdən təmiz şəhərciyi malik nüfuzlu ADA Universitetinə dəstək verir.

* Elektron Ünvan
* Ad
* Soyadı
 Şəhər
 Ştat
  * = Tələb olunan bölmə